“Yuventus” – “Napoli” matçı baş tutmadı

Futbol üzrə İtaliya A Seriyasının 3-cü turu çərçivəsində bu gün keçirilməli olan “Yuventus” – “Napoli” matçı baş tutmayıb.

Komanda.az xəbər verir ki, buna qonaqların oyuna gəlməməsi səbəb olub.

Neapollular hər iki komandanın heyətində koronavirusa yoluxanlar olduğu üçün səfərə yollanmaqdan imtina edib. Baxmayaraq ki, “Yuventus” stadiona yollanaraq start heyətini də açıqlayıb.

Neapol səhiyyə xidməti “Napoli”nin Turinə yollanmasına qadağa qoyub. Lakin A Seriyası oyunu təxirə salmağa əsas görmədiyini elan edib. Bu üzdən də qonaq komandaya texniki məğlubiyyət verilməsi gözlənilir.

Qeyd edək ki, “Yuventus” – “Napoli” matçına Bakı vaxtı ilə saat 22:45-də start verilməli idi.