“Yuventus”un müdafiəçisi 3 ay olmayacaq

“Yuventus”un müdafiəçisi Matteys de Liqtin çiynindən əməliyyat ediləcəyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, niderlandlı futbolçunun əməliyyatdan sonrakı bərpa müddəti açıqlanıb. De Liqt üç ay yaşıl meydanlardan kənarda qalacaq.

Dünən Romaya gedən futbolçu, yaxın günlərdə orda əməliyyat keçirəcək.

Keçən ilin noyabrında De Liqtin çiyni çıxmışdı.