“Yuventus” MS-nin futbolçusunu istəyir

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Qabriel Jesus karyerasını İtaiyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 22 yaşlı futbolçuun xidmətində maraqlıdır. “Qoca sinyora”nın baş məşqçisi Mauritsio Sarrinin yaydan futbolçunu heyətində görmək istədiyi deyilir. Turin təmsilçisi “Mnaçester Siti”nin 2 mövsümlük Çempionlar Liqasından uzaqlaşdırılması səbəbilə futbolçunun bu təklifə müsbət yanaşacağına ümid edir.

“Şəhərlilər” futbolçunun transfer qiymətini 70 milyon avro olaraq müəyyənləşdirib.

Braziliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button