“Yuventus” “Milan”ı məğlub yola saldı

İtaliya A Seriyasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Açılış matçında “Sassuolo” “Bolonya”nı qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.

“İnter” bu turda “Verona”nı, “Napoli” isə “Cenoa”nı qonaq edib. Milan təmsilçisi çətin qələbəyə sevindiyi halda, neapollular turu xal itkisi ilə başa vurublar. “Torino” isə səfərdə “Breşiya”nı 4 cavabsız qolla məğlub edib.

Turun mərkəzi görüşü Turində keçirilib. Lider “Yuventus” doğma azarkeşləri qarşısında “Milan”ı sınağa çəkib və minimal hesabla qalib gəlib. “Roma” səfərdə “Parma”ya, “Fiorentina” isə “Kalyari”yə uduzub. “Latsio” “Leççe” ilə ev oyununda inamlı qələbəyə sevinib. “Udineze” – SPAL və “Sampdoriya” – “Atalanta” oyunlarında isə qapılara qol vurulmayıb.

İtaliya A Seriyası, 12-ci tur

8 noyabr

Sassuolo – Bolonya 3:1
Qol
: Kaputo, 34; 75. Boqa, 68 – Orsolini, 70.

9 noyabr

Breşiya – Torino 0:4
Qol
: Belotti, 17-pen; 26-pen. Berenger, 75; 81.

İnter – Verona 2:1
Qol
: Vesino, 65. Barelya, 83 – Verre, 19-pen.

Napoli – Cenoa 0:0

10 noyabr

Kalyari – Fiorentina 5:2
Qol
: Roq, 17. Pisakane, 26. Simeone, 34. Pedro, 54. Naynqqolan, 65 – Vlahoviç, 75; 87.

Latsio – Leççe 4:2
Qol
: Korrea, 30; 80. Saviç, 62. İmmobile, 78-pen – Lapadula, 40. La Mantia, 85.

Sampdoriya – Atalanta 0:0

Udineze – SPAL 0:0


Parma – Roma 2:0
Qol
: Sprokati, 68. Kornelius, 90+3.

Yuventus – Milan 1:0
Qol
: Dibala, 77.

Bombardir: Çiro İmmobile (Latsio) – 14 qol.