“İnter”dən növbəti xal itkisi

Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Latsio” səfərdə autsayderlər qrupunda yer alan “Leççe”nin qonağı olub. Paytaxt təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

31-ci turun mərkəzi görüşü Milanda keçirilib. Lider “Yuventus” burada “Milan”la qarşılaşıb. Turin təmsilçisi də səfərdən əliboş qayıdıb.

“Napoli” bu turda “Cenoa” səfərinə yollanıb və çətin qələbəyə sevinib. “Atalanta” doğma meydanda “Sampdoriya”nı iki cavabsız qolla yenib. “Roma” “Parma” ilə oyundan əzmkar qələbəylə ayrılıb. “Fiorentina” evdə “Kalyari” ilə heç-heçəyə razılaşıbsa, “Bolonya” “Sassuolo”ya məğlub olub.

“İnter” isə “Verona”nı sınağa çəkib. Milan təmsilçisi bu oyundan da xal itkisi ilə ayrılıb.

İtaliya A Seriyası, 31-ci tur

7 iyul

Leççe – Latsio 2:1
Qol
: Babakar, 30. Lusioni, 47 – Kaysedo, 5.

Milan – Yuventus 4:2
Qol
: İbrahimoviç, 62-pen. Kessye, 66. Leao, 67. Rebiç, 80 – Rabiot, 47. Ronaldo, 53.

8 iyul

Fiorentina – Kalyari 0:0

Cenoa – Napoli 1:2
Qol
: Qoldaniqa, 49 – Mertens, 45+1. Lozano, 66.

Roma – Parma 2:1
Qol
: Mxitaryan, 43. Veretu, 57 – Kuçka, 9-pen.

Atalanta – Sampdoriya 2:0
Qol
: Toloy, 75. Muriel, 85.

Bolonya – Sassuolo 1:2
Qol
: Barrov, 90+1 – Berardi, 41. Haraslin, 57.

Torino – Breşiya 3:1
Qol
: Mateyu, 48-öz qapısına. Belotti, 58. Zaza, 86 – Torreqrossa, 21.

9 iyul

SPAL – Udineze 0:3
Qol
: De Paul, 18. Okaka, 35. Lasanya, 81.

Verona – İnter 2:2
Qol
: Lazoviç, 2. Veloso, 86 – Kandreva, 49. Dimarko, 55-öz qapısına.

Bombardir: Çiro İmmobile (Latsio) – 29 qol.