“Yuventus” “Lion”un futbolçusunu alır – Klub rəsmisi açıqladı

Fransanın “Lion” klubunun futbolçusu Ussem Auar karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Jan-Mişel Olas futbolçunun “Yuventus”da çıxış edəcəyini bildirib:

“Auar məsələsiylə bağlı “Yuventus”un prezidenti Adrea Aqnelli ilə görüşə bilməmişəm, amma klub rəsmilərinin danışıqlar apardığını bilirəm. Auarın gələcəkdə “Yuventus”da çıxış etməsini istəyərəm. Ümid edirəm ki, bu, onun əsas hədfələrindən biridir. Gec-tez Aqnelli ilə razılıq əldə edəcəyik”.

Klub prezidenti eyni zamanda, “qoca sinyora”nın futbolçuları Adrien Rabiot və Blez Matuidi ilə bağlı da danışıb:

“Adrien potensialının sadəcə 60 faizini göstərə bildi. Əvvəllər oynamaq üçün çox şans qazanmırdı, mən də onu 6 aylıq icarəyə götürmək istədim. Amma həmin an o, yenidən oynamağa və özünü göstərməyə başladı. Rabiot böyük istedaddır.

Keçən yay isə Matuidini heyətə qatmaq istədim, amma alınmadı. Bu istəyimdən imtina etmirəm. Bunu iyun ayında yenidən müzakirə edəcəyik. Matuidi bizim üçün əla transfer olardı”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button