“Yuventus”un futbolçusunda koronavirus aşkarlandı

“Yuventus” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Rodriqo Bentankur koronavirusa yoluxub. Bu barədə “qoca sinyora”nın mətbuat xidməti məlumat yayıb. Uruqvaylı futbolçunun səhhəti yaxşıdır və o, karantinə alınıb.