“Yuventus”un skautları Fransada onu izlədi

“Yuventus” klubu hücumçu axtarışlarını davam etdirir.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Lion”un futbolçusu Mussa Dembele ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Yuventus”un skautlarının həftəsonu keçirilən “Lion” – “Anje” matçında 23 yaşlı hücumçunu izlədikləri bildirilir.

Dembele, komandasının 6:0 hesabıyla qazandığı matçda 2 qolla yadda qalıb.

“Lion” fransız forvardı 2018-ci ildə “Seltik”dən transfer edib.