“Yuventus” Buffonu rekordçu etmək istəyir – yeni müqavilə təklif olunacaq

“Yuventus” klubu futbolçusu Canluici Buffona yeni müqavilə təklif edəcək.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi 43 yaşlı qapıçının daha bir il komandada qalmasını istəyir. Bu barədə italyan jurnalist Nikola Skira “tvitter” hesabında paylaşım edib.

“Yuventus” Buffonu A Seriyasında ən çox oyun keçirən futbolçu rekordunu qırması üçün komandada saxlamaq istəyir. Bu rekord hazırda “Latsio”nun sabiq qapıçısı Marko Balottadadır. Sabiq futbolçu 44 yaş 32 günlüyündə A Seriyasında oyuna çıxıb.

Buffon bu mövsüm A Seriyasında 4 oyuna çıxıb. Qapıçının müqaviləsi iyula qədərdir.