“Yuventus”da itki – 2 həftə olmayacaq

“Yuventus” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Danilo sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İtaliya kubokunun 1/4 final mərhələsinin “Roma” ilə keçirilən matçında (3:1) zədələnən braziliyalı futbolçu, iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu mövsüm A Seriyasında 10 oyuna çıxan Danilo, bir qolla yadda qalıb.