De Liqtə “xoş gəldin”, Bonuççiyə “xoş getdin”

İtaliyanın “Yuventus” klubu müdafiəçisi Leonardo Bonuççi ilə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, müdafiə xəttinə Matteys de Liqti və Merih Demiralı transfer edən “qoca sinyora”, Bonuççi ilə yolları ayırmaq qərarına gəlib. “Mançester Siti” və PSJ-nin 32 yaşlı futbolçu ilə maraqlandığı, tezliklə transfer danışıqlarının başlayacağı bildirilir.

2010-2017-ci illərdə “Yuventus”da forma geyinmiş futbolçu, 2018-ci ildə yenidən “Milan”dan Turin təmsilçisinə transfer olunub. Son mövsümdə iştirak etdiyi 41 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalan italiyalı futbolçunun “Yuventus”la müqavilə müddəti 2023-cü ilədək nəzərdə tutulub.