Buffondan tarixi göstərici

“Yuventus” İtaliya A Seriyasının 4-cü turunda “Krotone” ilə qollu bərabərə qalıb – 1:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Turin təmsilçisinin “çərçivə”sini qoruyan Canluici Buffon tarixi rekorda imza atıb. Belə ki, 42 yaşlı qapıçı A Seriyası tarixində 650 oyun keçirən ilk futbolçu olub.

Buffon peşəkar futbolçu karyerası ərzində ümumilikdə 917 oyuna çıxıb. İtalyan qapıçı bu matçlarda 766 qol buraxıb, 410 oyunda isə qapısını toxunulmaz saxlayıb.