“Yuventus” “Breşiya” ilə oyuna Ronaldosuz çıxacaq

“Yuventus” İtaliya A Seriyasının 24-cü turunda “Breşiya”nı qəbul edəcək.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo sözügedən qarşılaşmada iştirak etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı futbolçu “Breşiya” ilə oyunun heyətinə daxil edilməyib.

Zədəsi olmayan Ronaldonun kənarda qalmasına səbəb məşqçilər korpusunun hücumçuya istirahət verməsidir.

Bu gün keçiriləcək “Yuventus” – “Breşiya” matçı saat 18:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button