“Latsio” ilə oyunöncəsi “Yuventus”da itki

“Yuventus” İtaliya A Seriyasının 15-ci turu çərçivəsində “Latsio” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi sözügedən qarşılaşmada Aron Remzinin köməyindən istifadə edə bilməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Uelsli yarımmüdafiəçi zədə səbəbindən “Latsio” ilə görüşün iştirakçısı olmayacaq.

Sabah keçiriləcək “Latsio” – “Yuventus” matçı saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button