“Yuventus” futbolçusunu 15 milyon avroya satdı – Rəsmi

“Bolonya” ötən ilin yanvarında “Yuventus”dan icarəyə götürdüyü Rikkardo Orsolininin transfer hüquqlarını alıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Bolonya” 22 yaşlı oyunçu üçün müqavilə ilə məxsus olduğu “Yuventus”a 15 milyon avro ödəyəcək.

21 yaşadək futbolçulardan ibarət İtaliya millisinin də şərəfini qoruyan Orsolini, son mövsümdə “Bolonya”nın heyətində 37 oyuna 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button