Daha bir il “Yuventus”da

“Yuventus” futbolçusu Canluici Buffonla yeni müqavilə imzalayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb. 42 yaşlı qapıçı daha bir il Turin klubunda çıxış edəcək.

2019-cu ilin yayında “Yuventus”a keçən Buffonun hazırkı müqaviləsi mövsümün sonuna qədərdir. İtaliyalı qapıçı 2001-2018-ci illər aralığında da “Yuventus”un formasını geyinib.