“Napoli” 3 xalı 4 qolla qazandı

İtaliya A Seriyasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında “Bolonya” “Breşiya”nı qəbul edib. Bu görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Dörd qolun qeydə alındığı “Kalyari” – “Parma” matçında isə qalib müəyyənləşməyib. “Roma” da “Sassuolo” səfərinə yollanıb. Daha məhsuldar alınan bu görüşdə “Sassuolo” paytaxtın eyniadlı təmsilçisi üzərində inamlı qələbəyə sevinib.

Lider “Yuventus” bu turda doğma azarkeşləri qarşısında “Fiorentina”nı sınağa çəkib və 3 cavabsız qolla qalib gəlib. “İnter” “Udineze” ilə səfər oyunundan inamlı qələbə ilə ayrılıb. “Milan” isə “Verona” ilə üz-üzə gəlib. Bu qarşılaşma heç-heçə yekunlaşıb.

Son oyun “Sampdoriya” və “Napoli” arasında baş tutub. Altı qolun qeydə alındığı qarşılaşma Neapol klubunun çətin qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası, 22-ci tur

1 fevral

Bolonya – Breşiya 2:1
Qol
: Orsolini, 43. Bani, 89 – Torreqrossa, 36-pen.

Kalyari – Parma 2:2
Qol
: J.Pedro, 19. Simeone, 54 – Kuçka, 42. Kornelius, 90+4.

Sassuolo – Roma 4:2
Qol
: Kaputo, 7; 16. Dyuriçiç, 26. Boqa, 74 – Dzeko, 55. Veretu, 72-pen.

2 fevral

Yuventus – Fiorentina 3:0
Qol
: Ronaldo, 40-pen; 80-pen. De Liqt, 90+1.

Milan – Verona 1:1
Qol
: H.Çalhanoğlu, 29 – Faraoni, 13.

Atalanta – Cenoa 2:2
Qol
: Toloi, 13. İliçiç, 35 – Krişito, 19. Sanabria, 33.

Latsio – SPAL 5:1
Qol
: İmmobile, 3; 29. Kaysedo, 16; 38. Adekanye, 58 – Missiroli, 65.

Leççe – Torino 4:0
Qol
: Deyola, 11. Barak, 19. Falko, 64. Lapadula, 78.

Udineze – İnter 0:2
Qol
: Lukaku, 64; 71-pen.

3 fevral

Sampdoriya – Napoli 2:4
Qol
: Kvalyarella, 26. Qabbyadini, 72-pen – Milik, 3. Elmas, 16. Demme, 83. Mertens, 90+8.

Bombardir: Çiro İmmobile (Latsio) – 25 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button