Dibala ilə razılıq əldə olundu

İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalayacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər müqavilənin uzadılması ilə bağlı razılıq əldə ediblər. “Qoca sinyora”nın 26 yaşlı futbolçuyla ildə 7,5 milyon avro olmaqla, 5 illik müqavilə imzalayacağı bildirilir.

2015-ci ilin yayından “Yuventus”da çıxış edən Dibalanın klubla hazırkı müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub.