“Yuventus” dayandı, Ronaldo rekord müəyyənləşdirdi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Yuventus” “Lion”a 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, “qoca sinyora”nın iki qolunun da müəllifi olan hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb. Belə ki, portuqaliyalı futbolçu, mövsüm ərzində vurduğu qolların sayını 37-yə çatdırıb. Bununla da, o, komandanın heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub.

Bundan əvvəlki ən yaxşı göstərici 94 il əvvəl qeydə alınıb. 1925/26-cı il mövsümündə “Yuventus”un heyətində Ferens Xirzer 35 qol vurub.

“Yuventus”un “Lion”a qalib gəlməsinə baxmayaraq, ümumi hesab bərabər olduğundan, Fransa təmsilçisi səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.