“Yuventus” da onu istəyir

“Real”ın və PSJ-nin maraq dairəsində olan “Çelsi”nin futbolçusu Nqolo Kante İtaliya klubunun da transfer hədəfindədir.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, A Seriyasında mübarizə aparan “Yuventus” 27 yaşlı futbolçu üçün hərəkətə keçib. Mövsümün sonunda Aron Remzini heyətinə qatacaq “qoca sinyora”, Kanteni də transfer etmək niyyətindədir.

“Zadəganlar”ın fransalı yarımmüdafiəçi üçün 100 milyon avro tələb etdiyi, futbolçunun özünün də komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir.

“Çelsi” ilə 2023-cü ilədək müqaviləsi olan Kante, bu mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 4 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button