“Yuventus” ciddi itki ilə üzləşdi

“Yuventus”un müdafiəçisi Corco Kyellini zədələnib.

Komanda.az xəbər verir ki, 37 yaşlı futbolçu ötən gecə Çempionlar Liqasının 1/8 finalında “Porto” ilə səfər matçında (1:2) sıradan çıxıb.

O, oyuna davam edə bilməyib və 35-ci dəqiqədə Merih Demiralla əvəzlənib.

İtaliyalı futbolçunun təxminən 2 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Kyellini bu mövsüm 15 matça çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button