“Yuventus”un 2 futbolçusu “Çelsi” ilə oyunda olmayacaq

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Çelsi” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin iki futbolçusu – Paulo Dibala və Alvaro Morata sözügedən oyunu buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri yerli mətbuata açıqlamasında deyib. O, hər iki oyunçunun zədə səbəbindən “Çelsi”ylə matçda iştirak etməyəcəyini deyib.

Sentyabrın 29-da keçiriləcək “Yuventus” – “Çelsi” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button