“Yuventus” “Barselona”lı üçün qışı gözləyəcək

Yay transfer pəncərəsi dövründə “Barselona”dan İvan Rakitiçi transfer etməyə çalışan “Yuventus” futbolçuyla bağlı son qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” xorvatiyalı yarımmüdafiəçi ilə razılığa gəlsə də, Kataloniya klubu bu transferə icazə verməyib. Rakitiçin katalonların heyətində kifayət qədər oynamaq şansı qazanmadığı üçün “Yuventus”a transfer olunmaq istədiyi bildirilir.

Turin təmsilçisi qış transfer pəncərəsi dövründə yenidən 31 yaşlı futbolçunu heyətinə qatmağa çalışacaq.

2014-cü ildən “Barselona”nın şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2021-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button