“Yuventus” rəsmisi “Barselona” ilə danışıq apardıqlarını təsdiqlədi

İtaliyanın “Yuventus” klubunun idman direktoru Fabio Paratiçi yay transfer dövrü üçün hədəfləri ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky İtalia”ya danışan klub rəsmisi, Miralem Pyaniçi “Barselona”ya göndərərək, katalonların futbolçusu Arturu transfer etmək istədikləri ilə bağlı xəbərlərə münasibət bildirib:

“Digər böyük klublarla olduğu kimi, “Barselona” ilə də danışıqlar aparırıq. Bizi xüsusi transfer dövrü gözləyir. Bu yay yeni fikirlərə və futbolçu dəyişdirmə formullarına ehtiyacımız olacaq”.

Paratiçi, komandadan ayrılacağı deyilən Qonsalo İquayn və yeni müqavilə üçün danışıqlar aparılan Paulo Dibala ilə bağlı da danışıb:

“Ümid edirəm ki, İquayn növbəti mövsümdə bizimlə olar. O, indiyədək möhtəşəm mövsüm keçirdi.

Dibalaya gəlincə, müqavilənin müddətini uzatmaq üçün onunla danışıqlarımız davam edir. Dibalanı uzun illər ərzində komandanın bir parçası olaraq görmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button