“Yuventus”dan “Ayaks”a 85 milyonluq təklif

“Yuventus” “Ayaks”ın futbolçusu Matteys de Liqti transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi 19 yaşlı müdafiəçi üçün klubuna 85 milyon avro təklif edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Ayaks”ın 85 milyonluq təklifə müsbət yanaşdığı, ancaq son qərarı De Liqtin verəcəyi bildirilir. De Liqt bir müddət əvvəl açıqlamasında, qərarını UEFA Millətlər Liqasının oyunlarından sonra verəcəyini demişdi.

Hollandiya millisi ilə Millətlər Liqasının yarımfinal mərhələsində mübarizə aparan De Liqtlə “Barselona” da yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button