“Yuventus” “Atletiko” qarşısına onsuz çıxacaq

“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda bu gün “Atletiko”yla qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi sözügedən qarşılaşmaya ciddi itkiylə çıxacaq. Bu barədə “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya mətbuatına açıqlamasında deyib.

O, Duqlas Kostanın komandanın son məşqində zədələndiyini və “Atletiko”ya qarşı forma geyinməyəcəyini bildirib.

“Yuventus” – “Atletiko” matçı bu gün, saat 00:00-da stat götürəcək. Komandalar arasında Madriddə keçirilən ilk görüşdə “Atletiko” rəqibini 2 cavabsız qolla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button