“Yuventus” 20 milyona razılaşdı

“Yuventus”un qolkiperi Emil Audero karyerasını “Sampdoriya”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, “Sampdoriya” 20 milyon avro ödəməklə, ötən ilin yayında icarəyə götürdüyü 22 yaşlı qapıçının transfer hüquqlarına sahib olacaq. Bu barədə “Yuventus”un rəsmi saytı məlumat yayıb.

Xəbərdə, Auderonun 2019-cu ilin iyulundan etibarən müqaviləylə “Sampdoriya”ya məxsus olacağı bildirilib.

Cari mövsümdə “Sampdoriya”nın heyətində 22 qarşılaşmaya çıxan Audero, qapısında 26 top görüb, 9 oyunda isə “çərçivə”ni toxunulmaz saxlayıb.

Emil İtaliyanın 21 yaşadək futbolçularından ibarət milli komandasının da üzvüdür.