“Yuventus” 19 yaşlı futbolçunun izində

İspaniyanın “Valensiya” klubunun forvardı “Yuventus”un “radar”ındadır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” “Valensiya”nın 19 yaşlı futbolçusu Ferran Torresi heyətinə qatmaq niyyətindədir. Futbolçunun İspaniya klubunda əsas heyətə yüksəlməsi və göstərdiyi oyun Turin klubunun diqqətini çəkib. İtaliya təmsilçisinin futbolçu üçün hərəkətə keçəcəyi deyilir. Torresin klubla müqaviləsində təzminat qiyməti 100 milyon avro olaraq müəyyənləşdirilib.

“Valensiya”nın yetirməsi olan ispan futbolçu, cari mövsümdə Çempionlar Liqası və La Liqa daxil olmaqla, 8 oyunda iştirak edib, 1 məhsuldar ötürmə ilə yadda qalıb.