Yuri Maksimovu Azərbaycana hansı klub qaytarmaq istəyib?

Son dövrlər ukraynalı məşqçi Yuri Maksimov ölkəsinin mətbuatına açıqlamasında bir neçə dəfə Azərbaycandan təklif aldığını, amma qəbul etmədiyini açıqlayıb. “Keşlə”nin (indiki “Şamaxı”) sabiq baş məşqçisi heç bir açıqlamasında da hansı klubdan təklif aldığını söyləməyib.

Komanda.az saytının əldə etdiyi məlumata görə, Yuri Maksimova təklif göndərən elə “Şamaxı” klubu olub. Sözügedən klub aprel ayında Sənan Qurbanovun istefasından sonra sabiq baş məşqçisini geri qaytarmaq istəyib. Lakin “Şamaxı”nın autsayder statusunda olması və təklif etdiyi məbləğ Maksimovun xosuna gəlməyib. Üstəlik, Ukraynada müharibənin də getməsi onun Azərbaycandan gələn təklifi geri çevirməsinə səbəb olub.

Son klubu Ukrayna “Vorskla”sı olan Yuri Maksimov 2017/18 mövsümünün ikinci yarısında “Keşlə”nin baş məşqçisi olub. O, komandaya Azərbaycan kubokunu qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button