Yurçeviç millinin heyətini açıqladı – SİYAHI

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Komanda.az xəbər verir ki, xorvatiyalı yeni baş məşqçi Nikola Yurçeviç 23 nəfərlik siyahıda millimizin əsas qapıçısı Kamran Ağayevə yer verməyib. Əvəzində Ömər Buludov, Əli Babayev və Aleksey İsayev ilk dəfə yığmamıza çağırılıb. Anton Krivotsyukla Şahrudin Məhəmmədəliyev vaxtilə əsas yığmamıza dəvət olunsalar da, debüt etməyiblər. Rahil Məmmədov, Şəhriyar Rəhimov və Eddi İsrafilov xeyli fasilədən sonra milldən dəvət alıblar.

Yurçeviçin “Qəbələ”dən heç bir futbolçuya dəvət göndərməməsi də əsas diqqət çəkən məqamlardandı.

Millimiz martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.

Səlahət Ağayev – Neftçi
Emil Balayev – Tobol (Qazaxıstan)
Şahruddin Məhəmmədəliyev – Qarabağ
Maksim Medvedev – Qarabağ
Ömər Buludov – Neftçi
Bədavi Hüseynov – Qarabağ
Rahil Məmmədov – Qarabağ
Anton Krivotsyuk – Neftçi
Təmkin Xəlilzadə – Sabah
Şəhriyar Rəhimov – Səbail
Qara Qarayev – Qarabağ
Riçard Almeyda – Qarabağ
Eddi İsrafilov – Alkorkon (İspaniya)
Emin Mahmudov – Neftçi
Əli Babayev – Sumqayıt
Aleksey İsayev – Sumqayıt
Dmitri Nazarov – Ersgebirge (Almaniya)
Mahir Mədətov – Qarabağ
Namiq Ələsgərov – Neftçi
Araz Abdullayev – Qarabağ
Ramil Şeydayev – Krılya Sovetov (Rusiya)
Rüfət Dadaşov – Proyssen (Almaniya)
Mirabdulla Abbasov – Neftçi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button