Yurçeviçə daha iki köməkçi

Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç özünə daha 2 köməkçi götürüb.

Komanda.az xəbər verir ki, bunlar Frano Leko ilə Armin Alibekoviçdir. Hər iki mütəxəssis xorvatiyalıdır.

51 yaşlı Leko fitnes məşqçisi kimi çalışır. Onun son iş yeri BƏƏ-nin “Əl-Ayn” klubu olub. Alibekoviç isə skaut və video-analitik vəzifəsində fəaliyyət göstərir. O, əvvəllər BƏƏ-nin U-17 yığmasında, Polşa “Legiya”sında, eləcə də Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda işləyib. (report.az)

Yurçeviçin digər köməkçiləri Mario Tokiç və Arif Əsədovdur. Qapıçılarla iş üzrə məşqçi isə Dmitri Kramarenko təyin edilib.