“Keşlə” komandasının baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini rəhbərliyə təqdim edib.
Komanda.az klubun rəsmi saytına istinadən məlumatına görə, keçirilən görüşdən sonra Hüseynovun istefası qəbul olunub.
Yunis Hüseynov “Keşlə”yə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.
“Keşlə” Premyer Liqada 14 turdan sonra 13 xalla 7-ci pillədə qərarlaşıb. Hüseynovun istefasının səbəbi komandanın uğursuz çıxış etməsidir.