Həbib Nurməhəmmədova görə tarixin ən yaxşı futbolçusu

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov açıqlama verib.

Komanda.az xəbər verir ki, dağıstanlı idmançı, “Yuventus”un hücumçusu Kriştiano Ronaldonu tarixin ən yaxşı futbolçusu adlandırıb:

“Ronaldo mənim üçün futbol tarixinin ən yaxşısıdır. O, hazırda İtaliya A Seriyasında bombardirdir. 16 ildir zirvədədir və eyni səviyyədə oynamağa davam edir”.

Həbib Nurməhəmmədovla Kriştiano Ronaldonun yaxın əlaqələri var.