“Monako”nun sabiq baş məşqçisi Yunanıstan klubunda

Yunanıstanın “Panatinaikos” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, komandanın “sükan”ı Laslo Boloniyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 67 yaşlı rumıniyalı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Baş məşqçi karyerasında Portuqaliyada “Sportinq”, Fransada “Nansi”, “Monako”, “Lans”, Yunanıstanda PAOK kimi klubları çalışdıran Boloninin son iş yeri Belçika “Gent”i olub.