“Olimpiakos” sabiq “Qalatasaray”lı ilə gücləndi

Yunanıstanın “Olimpiakos” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisi “Monako”dan Henri Onyekurunu transfer edib. Nigeriyalı hücumçu yeni klubu ilə müqavilə imzalamaq üçün Yunanıstana yollanıb. “Olimpiakos” 24 yaşlı futbolçu üçün 5 milyon avro ödəyəcək.

Onyekuru ötən mövsümü icarə əsasında Türkiyənin “Qalatasaray” klubunda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button