Yunanıstan millisinin üzvü “Neftçi”nin hədəfində

UEFA Avropa Liqasında mübarizə aparan “Neftçi” heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” “Panatinaikos”un və Yunanıstan millisinin üzvü Dmitris Kolovosla maraqlanır. Bu barədə “Newspao” nəşri məlumat yayıb. “Panatinaikos” 2019-cu ildən komandada çıxış edən 27 yaşlı yarımmüdafiəçini icarəyə vermək istəyir.

Karyerası ərzində “Olimpiakos”, “Panionios”, Kiprin “Omoniya”, Belçikanın “Mexelen” və Niderlandın “Villem II” klublarının şərəfini qoruyan Kolovos, Yunanıstan millisində 9 oyuna 1 qol vurub.

“Neftçi” UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində doğma meydanda “Qalatasaray”la qarşılaşacaq. Oyun sentyabrın 17-də, 8-ci km stadionunda keçiriləcək.