Yunanıstan millisinin forvardı Super Liqa klubunda

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi yunanıstanlı hücumçu Anastasios Bakasetası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

AEK klubundan transfer olunan 25 yaşı futbolçu geridə qalan mövsümdə Afina təmsilçisi ilə 30 oyuna çıxıb, 6 qol vurub.

Alanya klubunun yeni transferi indiyə kimi Yunanıstan yığmasında 21 oyuna çıxsa da, qol hesabını aça bilməyib.