Yüksək Liqada qış fasiləsi nə vaxt başa çatacaq?

Futzal üzrə Yüksək Liqada qış fasiləsinin nə vaxt başa çatacağı dəqiqləşib.

Komanda.az xəbər verir ki, komandalar mübarizəyə fevralın 20-dən start verəcəklər və həmin gün 15-ci turun qarşılaşmaları keçiriləcək.

Gələn ayın 24-də və 27-də isə 16-cı və 17-ci turun matçları baş tutacaq.