Yüksək Liqada növbəti oyunların yeri və vaxtı açıqlandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

Komanda.az xəbər verir ki, 1-ci dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 2-də və 5-də təşkil olunacaq.

Fevralın 2-də saat 15:00-da 4-cü turun MOİK – “Sərhədçi”, ardınca 17:00-da isə “Murov” – “Neftçi” matçı keçiriləcək.

Fevralın 5-də isə 3-cü turdan təxirə salınan “Sərhədçi” – “Murov” qarşılaşması olacaq. Oyunun start fiti saat 15:00-da veriləcək.

Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.

Pandemiya səbəbindən karantin qaydalarına uyğun təşkil olunan oyunlar azarkeşsiz keçiriləcək.