Yüksək Liqada bir oyun təxirə salındı

Futzal üzrə Yüksək Liqada 4-cü turun oyun cədvəli açıqlanıb.

Komanda.az xəbər verir ki, “Marafon” – “Baku Fire” oyunu birincilərin müraciəti əsasında təxirə salınıb.

Turun oyunları oktyabrın 4-də “Olimpik Star”da keçiriləcək.

Yüksək Liqa, 4-cü tur

4 oktyabr

Yasamal İSK – EKOL
Olimpik Star. Saat 12:00

Record club – Neftçi İK
Olimpik Star. Saat 14:00

Bakı TFK – Premier (Quba)
Olimpik Star. Saat 16:00

Araz – Xızı Futzal
Olimpik Star. Saat 18:00