“Qəbələ”nin heyətində dəyişiklik

Yoxlama oyununda bu gün Macarıstanın “MTK Budapeşt” klubu ilə qarşılaşacaq “Qəbələ”nin heyətində dəyişiklik edilib.

Komanda.az klubun rəsmi “facebook” hesabına istinadın xəbər verir ki, qarşılaşmanın əsas heyətində yer alan Faiq Hacıyev zədələnib və onun yerinə Amin Seydiyev heyətə daxil edilib.

“Qəbələ” – “MTK Budapeşt” matçı saat 17:00-da start götürəcək.