Yoviç “Real”a keçir?: “Yalan danışmağa ehtiyac yoxdur”

İspaniya mətbuatı “Real”ın “Ayntraxt”ın futbolçusu Luka Yoviçi 60 milyon avro qarşılığında transfer etdiyini iddia edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Frankfurt təmsilçisinin idman direktoru Fredi Bobiç, transfer iddialarını təkzib edib. Bobiç, “Real”dan təklif almadıqlarını deyib:

“Yalan danışmağa ehtiyac yoxdur, “Real” bizimlə əlaqə qurmayıb. Onları yaxından tanıyıram.”

“Ayntraxt”la bu mövsüm 45 qarşılaşmada iştirak edən Yoviç, 26 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.