Yossi Abukasis: “Belə suallar təkrarlansa, konfransı tərk edəcəm”

İsrailin “Bney Yehuda” klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Yaxşı ilk hissə keçirdik. Bir neçə epizodumuz oldu. 2 qol vura bildik, ancaq sonra yorulduq. İlk rəsmi oyunumuz idi. İkinci hissədə müdafiəni düşünürdük. Oyundan əvvəl desəydilər ki, matc 2:2 hesabı ilə bitəcək, buna “yox” deməzdim. Amma bu nəticə ürəyimizcə olmadı. Bizi İsraildə növbəti oyun gözləyir. Artıq həmin oyunu düşünməliyik.
  • Futbolçuların yersiz vaxt uzatmağından utanmırsızmı?
  • Növbəti sualı verin.
  • İkinci hissə daha çox hesabı qorumağa çalışdız. Bu sizin tapşırığınız idi?
  • Belə axmaq suallara cavab verməyəcəm. Sizin komandanız qolu əlavə olunmuş vaxtda vurdu. Belə suallar təkrarlansa, konfransı tərk edəcəm.
  • Cavab oyununda da müdafiə olunacaqsız, yoxsa açıq futbola üstünlük verəcəksiz?
  • Bu oyunu təhlil etdikdən sonra qərar verəcəyik.
  • Şansları bərabər sayırsızmı?
  • Bunu deyə bilmərəm. “Neftçi” güclü komandadı. Cavab oyununda necə oynayacağımızı göstərəcəyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button