“Yolumuza bu şəkildə davam etməliyik, çünki…” – Lempard

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, “zadəganlar”ın Premyer Liqadakı mövqeyi haqqında danışıb:

“Göstərdiyimiz oyuna görə gözlədiyimizdən daha az xal toplamışıq. Bəzi oyunlarda öz səhvlərimiz ucbatından xal itirdik. Buna baxmayaraq, şadam ki, mübarizədəyik və lider “Liverpul”un izləyiciləri sırasındayıq. İnanıram ki, mövsümün ilk mərhələsi üçün yaxşı vəziyyətdəyik. Bu, bizə istədiyimiz yolda irəliləmək üçün inam və qətiyyət verəcək. Yaxşı oynayırıq, öz üzərimizdə işləyirik. Yolumuza bu şəkildə davam etməliyik, çünki Premyer Liqadakı ani diqqətsizlik hər şeyi ciddi şəkildə dəyişə bilər”.

Premyer Liqada keçirdiyi 8 turdan sonra 14 xal toplayan “zadəganlar”, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.