52 yaşlı futbolçuyla yeni müqavilə

“Yokohama” klubu futbolçusu Kazuyoşi Miurayla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, Yaponiya təmsilçisi 52 yaşlı hücumçuyla 6 aylıq sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Karyerası ərzində “Santos”, “Koritiba”, Zaqreb “Dinamo”su, “Vissel Kobe” kimi klublarda forma geyinən Miura, 2005-ci ildən “Yokohama”nın şərəfini qoruyur.