Yoahim Löv xəstəxanalıq oldu

Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yahim Löv xəstəxanalıq olub.

Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssis qan dövranının pozulması səbəbiylə Frayburqda xəstəxanaya yerləşdirilib. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Lövün sağlıq problemləri səbəbindən Almaniya millisinin AÇ-2020-nin seçmə mərhələsinin Belarus və Estoniya ilə qarşılaşacaqları matçlarda komandanın başında olmayacağı bildirilir.

Almaniya millisi iyunun 8-də Belarus, 11-də isə Estoniya ilə qarşılaşacaq.