Yılmaz Vural qovuldu

Türkiyənin “Adana Dəmirspor” klubu baş məşqçisi Yılmaz Vuralla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin prezidenti Murat Sancak məlumat yayıb.

O, komandanın uğursuz çıxışı səbəbindən Vural və köməkçiləri ilə yolları arırmaq qərarına gəldiklərini açıqlayıb.

“Adana Dəmirspor” 1-ci liqada 20 turdan sonra 30 xalla 9-cu pillədə qərarlaşıb. Yılmaz Vural 2018-ci ilin noyabr ayından bu klubun baş məşqçisi postunda çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button