Yılmaz Vural koronavirusa qalib gəldi

Bir neçə gün öncə koronavirus şoku yaşayan Türkiyənin “Akhisarspor” klubunun kollektivi növbəti dəfə testdən keçirilib.

Komanda.az xəbər verir ki, sonuncu analizlər nəticəsində baş məşqçi Yılmaz Vural və 3 futbolçunun koronavirusdan sağaldığı müəyyənləşib.

Belə ki, onların testlərinin nəticəsi neqativ çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan şəxslərin müalicəsi isə davam etdirilir. Onların xüsusi karantinə alındıqları bildirilir.

Xatırladaq ki, “Akhisarspor”un kollektivi iyunun 21-də “Altay”la oyun öncəsi koronavirus testindən keçmiş və 12 nəfərdə bu pandemiyaya rast gəlinmişdi.