Azərbaycan millisi ilk oyununda 7 cavabsız qola üzüldü

Rusiyanın Soçi şəhərində təşkil olunan “Kuban Baharı” turnirində iştirak edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, rusiyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 0:7 hesabı ilə məğlub olub.