“Yeni müqavilə imzaladıqdan sonra…” – Dzeko

İtaliyanın “Roma” klubu ilə yeni – 3 illik müqavilə imzalayan Edin Dzeko açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu, “canavarlar”ın heyətində xoşbəxt olduğunu deyib:

“Yeni müqavilə imzaladıqdan sonra “Roma”nın evim olduğunu dedim. Hər zaman bunu demişəm və həqiqətən də, belə hiss edirəm. Keçən mövsümün sonunda klubla danışıqlar apardıq, onlar mənim burda qalmağımı istədiklərini, “Roma”nın gələcək planlarının bir hissəsi olduğumu dedilər. Nəhayət, hamımız istəyimizə nail olduq, mən burdayam və daha üç il burda olacağıma görə xoşbəxtəm.

Klub məni burda saxlamaq üçün çox iş gördü, bunun üçün onlara təşəkkür etmək istəyirəm. İndi hər zaman olduğu kimi, meydanda əlimdən gələn hər şeyi edəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button